Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xətai rayonu, Bakı Neft Terminalı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Qurumdan News365.az-a verilən məlumata görə, avqustun 9-u saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.