Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
10:08

Nuray Qasımova "Waldorf Astoria Doha Lusail" hotelində Marketinq Direktoru vəzifəsinə başlayıb.

O, bu təyinata qədər Özbəkistanda yerləşən "Destination by Hyatt"da Marketinq Direktoru vəzifəsində çalışıb. Bundan əvvəl isə "Absheron Hotel Group"da Marketinq Direktoru müavini, Baş Marketinq Meneceri və Rəqəmsal Marketinq üzrə Qrup Meneceri vəzifələrində çalışıb.

N.Qasımova həmçinin “Croud” şirkətində Rəqəmsal Marketinq üzrə Məsləhətçi, "Azerbaijan Hotel Association"da Biznesin İnkişafı üzrə Menecer və "Park Inn by Radisson"da Satış üzrə Mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

Qeyd edək ki, o, marketinq sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir.

Nəzərə çatdıraq ki, "Waldorf Astoria Doha Lusail" Qətərin Lusail şəhərində yerləşən 5 ulduzlu lüks kurort otelidir və dünyaca məşhur Hilton qrupunun premium "Waldorf Astoria Hotels & Resorts" brendinə daxildir. Otel 2022-ci ildə fəaliyyətə başlayıb və Doha bölgəsinin ən prestijli qonaqpərvərlik obyektlərindən hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada