Azərbaycanda median əmək haqqı nə qədərdir?

Azərbaycanda median əmək haqqı nə qədərdir?
09:49

Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda 2026-cı ilin yanvar–sentyabr ayları üzrə orta aylıq nominal əmək haqqı 1 172,7 manat təşkil edib.

İqtisadçı Natiq Cəfərli bu rəqəmlərlə razılaşmır.

Onun üçün maraqlıdır ki, orta aylıq maaş necə hesablanır? Orta aylıq əmək haqqı = Hesabat dövründə ölkə üzrə hesablanmış əmək haqqı fondu bölünsün, muzdala çalışanların sayını, və bu da bölünsün hesabat dövründə ayların sayı:

“Hə, onu da deyim ki, elan olunan 1172 manat 70 qəpik tam məbləğdir, vergisi, ödənişləri (işsizlik, tibbi sığorta vəs s.), DSMF-si içindədir, onları çıxsan, hardasa, 1000 manata düşəcək.

Bizim hökumətin sevmədiyi bir göstərici var – median əmək haqqı.

Median əmək haqqı ölkədəki bütün rəsmi işçilərin maaşları artan sıra ilə düzüldükdə, siyahının tam ortasına düşən məbləğdir. Yəni, bu göstərici işçilərin yarısının (50%-nin) bu məbləğdən az, digər yarısının isə bu məbləğdən çox maaş aldığını göstərir. D

Azərbaycanda median maaş haqqında rəsmi məlumat verilmir, sevmirlər bu göstəricini, amma, dolayı hesablamalarla bu məbləğn orta aylıq əmək haqqının, təqribən, yarısına bərəbər olduğunu görmək olar. Yəni, bu gün median maaş, hardasa, 580-590 manat arasıdır. Bir daha izah edək – ölkədə muzdla çalışanların tən yarısı 580-590 manatdan aşağı,  yəni az maaş alır.

Çox pis göstəricidir, kasıblıq əlamətlərindən biridir...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada