“Ötən gün Milli Məclis birinci oxunuşda “Maraqlar toqquşması haqqında” Qanun qəbul edib. Qanun vəzifəli şəxslər üçün müxtəlif məhdudiyyətlər müəyyən edir”.
Bu fikirləri hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, qanun işlək olmayacaq:
“Çünki 2005-ci ildə qəbul olunmuş «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında» Qanun 21 ildir ki, tətbiq olunmur. Səbəb də sadədir: Nazirlər Kabineti məmurların təqdim etməli olduqları gəlir bəyannaməsinin formasını təsdiq etmir. Gəlirləri haqda bəyannamə verməyən məmura nə qədər istəyirsən məhdudiyyət tətbiq et, faydası yoxdur. Çünki bütün biznesini yaxınları vasitəsilə həyata keçirəcək, vəssalam. Ondan soruşa da bilməyəcəksən ki, özünün və ailənin hansı qazanc hesabına lüks həyat tərzi sürürsünüz. Uzaqbaşı deyəcək ki, “babamdan qalıb”. Deyə də bilər ki, sənə nə dəxli, gəlir bəyannaməsi tələbi varmı məgər?”.
News365.az