Azərbaycanda futbol klubu 400 min manata SATILDI

Azərbaycanda futbol klubu 400 min manata SATILDI
16:50

"Cəbrayıl" növbəti mövsümdə I Liqada çıxış etməyəcək. "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovla Şahin Məmmədovun həmtəsisçisi olduğu klub satılıb.

News365.az xəbər verir ki, sözügedən şəxslər klubu gəncəli iş adamlarına satıblar. "Gəncəbasar" futbol klubu məhz "Cəbrayıl"ın hüquqi varisi olacaq. Tərəflər 400 min manata bazarlıq ediblər. Gəncəli iş adamları hüquqi sənədləri sahmana saldıqdan sonra komandanın adı dəyişdiriləcək.

"Gəncəbasar"ın idarəçiləri tanınmış "Kəpəz"in İdarə Heyətinin sabiq sədri - ötən mövsümün əvvəlində istefaya gedən Namiq Qədirov və sabiq icraçı direktor İlqar Nadiri olacaqlar.

Sizin reklam burada
Sizin reklam burada