AZAL-ın Rusiyada eniş edən sərnişinləri təəssüratlarını bölüşdü- VİDEO

AZAL-ın Rusiyada eniş edən sərnişinləri təəssüratlarını bölüşdü- VİDEO
12:16

Xəbər verdiyimiz kimi, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş edib.

News365.az xəbər verir ki, hadisəyə səbəb eniş şassisinin işləməməsi olub. Təyyarə eniş üçün üç dəfə cəhd etsə də, yalnız dördüncü cəhd uğurlu olub. 

Təyyarə uçuş-enmə zolağından kənara çıxsa da, pilotlar onu yanğınsöndürənlərin və tibbi xidmətin nəzarəti altında, demək olar ki, qığılcımlar üzərində eniş etdiriblər. Hadisə zamanı heç kim xəsarət almayıb.

Sərnişinlər eniş başa çatdıqda kabinada belə deyiblər:

"Hamımız sağ qaldıq, hamısı yaxşıdır. Bravo!"

Şimal-Qərb Nəqliyyat Prokurorluğu artıq hadisə ilə bağlı araşdırma aparır. İlkin məlumata görə, qəza qalxış zamanı eniş şassisinin düzgün işləməməsi səbəbindən baş verib.


Sizin reklam burada
Sizin reklam burada