Avropa ölkələri və Ukrayna rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesindən tezliklə geri çəkiləcəyindən ehtiyat edirlər. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa və Ukraynada amerikalılarla aparılan danışıqlardan sonra son bir neçə gündə Ağ Ev rəhbərinin danışıqlar prosesində uğur əldə etməməsi səbəbindən Vaşinqtonun nizamlanma cəhdlərində iştiraka son qoyacağından narahatdır.
Buna görə də Kiyev gizli şəkildə Vaşinqtonun danışıqlardan çıxmasına hazırlaşmağa başlayıb. Bundan əlavə, Ukrayna hakimiyyəti hazırda ABŞ-nin hərbi yardımı davam etdirəcəyini və ya kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini bilmir.
Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejkonun fikrincə, Kiyev və Vaşinqton arasında münasibətlərdə baş verə biləcək ən pis şey ABŞ prezidentinin Ukraynaya hər hansı marağının itirməsidir.
Xatırladaq ki, aprelin 26-da Vatikanda keçirilən Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna və ABŞ prezidentləri arasında qısa danışıqlar aparılıb. Bu, fevral ayında Ağ Evdə baş verən qalmaqallı görüşdən sonra tərəflərin ilk üzbəüz görüşü idi.
Üstəlik, görüş Trampın komandasının danışıqlar prosesindən uzaqlaşa biləcəklərini bəyan etməsindən və Londondakı məsləhətləşmələrin pozulmasından sonra baş tutub. Xarici KİV-in məlumatına görə, Amerika tərəfi Ukraynanın ərazi güzəştlərinə getmək istəməməsindən qəzəblənib.
Tural