"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar

"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
16:58

Müğənni bacılar Sevil və Sevinc Səfərovalar paylaşımı ilə diqqət çəkiblər.

 Rusiyada olan bacılar ölümlə üz-üzə gəldiklərini bildiriblər. Onlar qeyd ediblər ki, müharibənin tam ortasında qalıblar:


"Çox şükür... Bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi hələ də qulaqlarımdadır. Alovların içindən keçdiyimiz o anlar gözümün önündən getmir. Hər saniyə sanki son anımız kimi idi. Oradan sağ çıxmaq artıq şans deyil, bu, Allahın bizə verdiyi ikinci həyatdır.

Kimsə deməsin ki, müğənnilərin işi asandır. Səhnədə gülən üzlərin arxasında bəzən ölüm qorxusu, göz yaşı və heç kimin bilmədiyi ağır anlar gizlənir".


Sizin reklam burada
Sizin reklam burada