Tanınmışlar Flora Kərimovadan yazdılar: “Onu sevən milyonlar vardı”

Tanınmışlar Flora Kərimovadan yazdılar: “Onu sevən milyonlar vardı”
12:52

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilir.

Xəbərin yayılmasından sonra ictimaiyyət nümayəndələri və tanınmış şəxslər sosial şəbəkələrdə Xalq artistinə dəstək mesajları paylaşaraq ona tezliklə sağalması arzularını çatdırıblar.

Teleaparıcı və diktor Nailə İslamzadə Flora Kərimova ilə birgə fotosunu paylaşaraq xatirələrini bölüşüb:

“Bu şəkil çəkilən zaman televiziyaya yeni gəlmişdim, həm oxuyur, həm də işləyirdim, Flora xanımın da hələ heç bir fəxri adı yox idi, amma onu sevən milyonlar vardı. Çünki əsl sənətkarın ən böyük adı da, ən böyük mükafatı da xalq sevgisidir. Xalqın sevimlisi, əziz Flora xanım! Allah sizə tezliklə şəfa versin!”

Digər tanınmış simalar müğənni İradə İbrahimova, aktrisa Həmidə Ömərova, şairə xanım İsmayılqızı və başqaları paylaşdıqları mesajlarda sənətkara şəfa diləyərək onun Azərbaycan mədəniyyətindəki xidmətlərini vurğulayıblar.

Qeyd edək ki, Flora Kərimova Azərbaycan estradasının ən görkəmli simalarından biri hesab olunur və uzun illərdir sənəti ilə milyonlarla insanın rəğbətini qazanıb.

Nailə.jpg (145 KB)


Sizin reklam burada
Sizin reklam burada