ABŞ və İran arasındakı razılaşma İran neftinin ixracının dərhal bərpa olunması imkanını nəzərdə tutur.
News365.az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, ABŞ İrana neft və yanacaq satışına dərhal başlamağa icazə verəcək, bu da Tehranın münaqişəyə daha tez son qoyması üçün maliyyə stimulu olacaq.
Məlumata görə, razılaşma həmçinin bank və nəqliyyat məhdudiyyətlərinin yumşaldılmasını da nəzərdə tutur, bu da beynəlxalq əməliyyatların həyata keçirilməsini asanlaşdırmalı və nəzərəçarpacaq ilk iqtisadi təsirlərdən biri olmalıdır.
Neft satışına qoyulan sanksiyaların ləğvi ilə bağlı əsasnamələr bu həftə razılaşma imzalandıqdan dərhal sonra qüvvəyə minir.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib.