Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada bir sıra görüşlər keçirib.
News365.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, H.Fidan Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.
H.Fidan səfər çərçivəsində Putinin digər müşaviri İqor Levitinlə də bir araya gəlib.
Moskvada keçirilən görüşlər Türkiyə xarici işlər nazirinin Rusiyadakı diplomatik təmaslarının əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.