"Araz-Naxçıvan" autsayderlə bacarmadı

"Araz-Naxçıvan" autsayderlə bacarmadı
22 Fev 2025 18:45

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.


News365.az xəbər verir ki, "Araz-Naxçıvan" turnir cədvəlinin son pilləsində qərarlaşan "Səbail"lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.


Bu nəticədən sonra xallarını 45-ə çatdıran Naxçıvan təmsilçisi 2-ci, Bakı klubu isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.


Sizin reklam burada
Sizin reklam burada