“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib

“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
19 Sen 2026 23:20

Türkiyə Super Liqasında növbəti turun oyunlarından biri keçirilib.

News365.az xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Trabzonspor”un heyətində Məhəmməd Salah het-trik edib. O, 4-cü, 44-cü və 80-ci dəqiqələrdə fərqlənib. Digər qolu isə 39-cu dəqiqədə Savio vurub.

“Qalatasaray” matçı 10 nəfərlə başa vurub. Komandanın futbolçusu Çimuanya Uqoçukvu 87-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.


Sizin reklam burada
Sizin reklam burada