Anormal istilər Avropanı ağuşuna aldı – Ölüm statistikası

Anormal istilər Avropanı ağuşuna aldı – Ölüm statistikası
11:47

Avropa və Böyük Britaniyada may-iyun aylarında qeydə alınan rekord temperatur göstəriciləri ciddi insan tələfatına yol açıb. Beynəlxalq tədqiqatçılardan ibarət "World Weather Attribution" (WWA) qrupunun hesabatına görə, təkcə İngiltərə və Uelsdə anomal istilər üzündən 2 700-dən çox şəxs dünyasını dəyişib.

Aparılan analizlər göstərir ki, ölümlərin 550-si may ayında, qalan 2 200-ü isə temperaturun 36 dərəcəni keçdiyi iyun ayının son ongünlüyündə qeydə alınıb. Qeyd edək ki, ötən iyun ayı rəsmi müşahidələr tarixində ölkənin ən isti ayı kimi tarixə düşüb.

Eyni hava kütləsinin təsirinə məruz qalan digər Avropa ölkələrində də vəziyyət ürəkaçan deyil. İyun ayındakı qovurucu istilər Almaniyada təxminən 5 500, Fransada 2 000, Belçikada isə 1 200 insanın həyatına son qoyub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada