Ratko Mladiç öldü - səhhəti ağırlaşmışdı

Ratko Mladiç öldü - səhhəti ağırlaşmışdı
17:10

Bosniya serblərinin ordusunun Baş Qərargahının keçmiş komandanı, soyqırımında təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Ratko Mladiç vəfat edib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı Mladiç 2011-ci ildə Serbiyada həbs olunaraq Haaqa tribunalına təhvil verilmişdi.

Mladiç səhhətinin pisləşməsini əsas gətirərək daha əvvəl vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etmişdi. O, son iki il ərzində həbsxana xəstəxanasında müalicə olunub və yataq xəstəsi vəziyyətində olub.

Bosniya və Herseqovinada 1992-1995-ci illərdə baş vermiş müharibə zamanı törədilən hərbi cinayətlərdə ittiham olunan Mladiç 22 noyabr 2017-ci ildə Haaqa tribunalı tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

Tribunal onu soyqırımı, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib.


Sizin reklam burada
Sizin reklam burada