Prezident “Sabah”a 5 milyon pul ayırdı

Prezident “Sabah”a 5 milyon pul ayırdı
15:51

Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

News365.az xəbər verir ki, Sərəncama əsasən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Sizin reklam burada
Sizin reklam burada