Yadigar Muradovun SON VƏZİYYƏTİ AÇIQLANDI

Yadigar Muradovun SON VƏZİYYƏTİ AÇIQLANDI
19:54

"Atamın temperaturu düşüb. İnfeksiya bədəndən tam təmizlənməyib, amma həkimlər çox səy göstərirlər, yaxşıya doğru inkişaf var".

Bu fikirləri açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, infeksiya ilk gündən fərqli olaraq artıq təmizlənir:

"Qanı yuyulub, amma tam sağalmayıb, zaman lazımdır. Atamda yanaşı xəstəlik də var, buna görə asan deyil. Sistemlə qidalanır. Gərək təbii qida qəbul etsin ki, sağalsın. Bu vəziyyətdən çıxandan sonra onu daha məsuliyyətli əməliyyat gözləyir. Boğazındakı şişlər götürülməlidir".

Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.



Sizin reklam burada
Sizin reklam burada