Münxen hava limanı BAĞLANDI - SƏBƏB

Münxen hava limanı BAĞLANDI - SƏBƏB
15:00

Münxen aeroportu ötən gecə şübhəli müşahidələrə görə iki dəfə müvəqqəti bağlanıb.

Ötən gün axşam saat 22:00 radələrində uçuşlar təxminən yarım saatlıq dayandırılıb.
 

Saat 23:00 radələrində isə daha bir qısa fasilə elan olunub. Buna şübhəli müşahidələrin səbəb olduğu bildirilib. Hələlik bu müşahidələrin dron görüntüləri olub-olmadığı aydın deyil. Səhər saatlarında uçuşlar normal qaydada davam edib.


Xatırladaq ki, oktyabrın əvvəlində də Münxen hava limanı dron müşahidələri ehtimalına görə iki dəfə bağlanmış, 10 minədək sərnişin aeroportda gözləməli olmuşdu.

Dron müşahidələrinin artması ilə əlaqədar Almaniya hökuməti federal polisə dronları vurmaq üçün daha geniş səlahiyyətlərin verilməsini planlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada