Atəşkəsdən sonra Qəzzada 51 nəfər ölüb

Atəşkəsdən sonra Qəzzada 51 nəfər ölüb
19 Okt 2025 18:35

İsrailin atəşkəs sazişinin qüvvəyə minməsindən sonrakı əməlləri nəticəsində Qəzza sektorunda 50-dən çox insan həlak olub, 150-dən çox insan xəsarət alıb.


"News365.az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Fələstin anklavındakı tibbi mənbələrə istinadən məlumat yayıb.


"Atəşkəsdən bəri İsrailin açdığı atəş nəticəsində 51 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb", - mənbələr bildiriblər.


Şənbə günü Qəzza anklavı hökumətinin mətbuat xidməti məlumat vermişdi ki, İsrail Qəzza sektorunda atəşkəs rejimini 47 dəfə pozub, bu müddət ərzində 38 nəfər həlak olub, 143 nəfər xəsarət alıb.


Sizin reklam burada
Sizin reklam burada