Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar
16:53

Yayılan məlumata görə, Mehdiyevlə bağlı məlumatı Putin verib və orda siyahı var. Çünki Ramiz Mehdiyevin dövlət çevrilişini təkbaşına etməsi mümkün deyil. Siyahı üzrə yaxın zamanlarda sensasion həbslər gözlənilir. Tanınmış şəxslər, əgər onların da xəyanəti varsa və o siyahıda Ramiz Mehdiyevin qurduğu sistemdən xəbərləri varsa, media rəhbərindən, əməkdaşından, politoloqundan tutmuş millət vəkillərinə, Nazirlər Kabineti sistemində işləyən kadrlara qədər, heç birinin gözünün yaşına baxılmayacaq.

Bunu Qrupun rəhbəri Rauf Arifoğlu “Mehdiyev işi” ilə bağlı deyib.

“Ramiz Mehdiyevin yaşı imkan versəydi, onun həbsxanaya aparılmasını, qandallanmasını görəcəkdik. Ramiz Mehdiyev kimi şəxs ev dustağı olunursa, onları niyə etməsinlər. Mənim proqnozum budur ki, 3 mərhələli proses baş verəcək və sonuncu da daha maraqlıdır. Biz bir müddət Ukrayna-Rusiya müharibəsindən, Qəzza müharibəsindən diqqətimizi ayırıb, ölkəmizin daxilindəki islahat, sensasion xarakterli proseslərə diqqət yetirəcəyik”, – Arifoğlu bildirib.


Sizin reklam burada
Sizin reklam burada