Tramp: "Ukraynadakı münaqişə Kiyevin ərazi itkiləri ilə başa çatacaq"

Tramp: "Ukraynadakı münaqişə Kiyevin ərazi itkiləri ilə başa çatacaq"
19 Okt 2025 20:56

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı münaqişəyə son qoyulması Kiyevin ərazi itirməsi demək olacaq.

Bu barədə ABŞ lideri "Fox News" telekanalına müsahibəsində bildirib.

"Putin mütləq nə isə əldə edəcək, axı onlar döyüşüblər", - deyə Tramp Ukraynanın ərazi itkiləri ilə bağlı suala cavab verib.

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola biləcəyinə əminlik ifadə edib. O qeyd edib ki, ABŞ və Rusiyanın ticarət üçün əla potensialı var.

"Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti həll edə bilərik. Bu, asan deyil. Müharibə var, lakin ticarət üçün də əla potensial var", - o əlavə edib.

Tramp, həmçinin Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu bir daha təkrarlayıb.


Sizin reklam burada
Sizin reklam burada