Etibar Əliyev Ramiz Mehdiyevdən yazdı: Musa Qasımlının sözləri...

Etibar Əliyev Ramiz Mehdiyevdən yazdı: Musa Qasımlının sözləri...
19 Okt 2025 21:54

"2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub. 

Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”."

Bu barədə Etibar Əliyev paylaşım edib. 

"“Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə baglı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə

intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin

xüsusi xidmətlərinin oldugu danılmazdır. Dövrün şərtləri cərçivəsində fəaliyyət göstərərək istiqlal ideyamızı bogulmaga qoymayan milli ruhlu dövlət adamlarımıza bugünkü va gələcək nəsillər borcludur.

1980-ci illərin sonlarında Ermənistandan - tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan

ziyalıların qarşısına çıxmaga, onların suallarını cavablandırmaga mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi. Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindan vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet dövlət va partiya xadimlərinin xalqın içərisində görünməyə cürət

edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmusam.

Bunu yalnız bütün varlıgı və fəaliyyati ilə xalqına qəlbən baglı olan dövlət adamı edə bilər.

Ramiz müəllim mənə həmişə sadə, səmimi va mehriban bir insan təsiri bagışlamısdır. Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəsəm olmasına çalisan bir dövlət adamı kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan va mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

rəhbərliyi altında ölkəmizdə güclü müstəqil dövlət quruculugu siyasətinin həyata keçirilməsində asas simalardan olan Ramiz Mehdiyevə uzun ömür, möhkəm cansaglıgı, dövləti fəaliyyətində və elmi yaradıcılıgında ugurlar arzulayıram. Səhifə 102. Musa QASIMLI, tarix elmlari doktoru, AMEA-nin müxbir üzvü


Zəruru qeyd: Hörmətli Musa Qasımlının Ramiz Mehdiyev haqqında yazdığı məqalənin birinci sözündən sonuncu sözünə qədər hamısı yalandır. AMEA-nın müxbir üzvünə belə saxta tərif uydurmağı yaraşdırmadım."


Sizin reklam burada
Sizin reklam burada