“Alnıma nə yazılıbsa, o mənim qəbulumdur” - Mətanət İsgəndərli

“Alnıma nə yazılıbsa, o mənim qəbulumdur” - Mətanət İsgəndərli
10:04

Müğənni Mətanət İsgəndərli qismət və tale haqqında fikirlərini bölüşüb.

News365.az-ın xəbərinə görə, sənətçi bildirib ki, insanın həyatı onun alın yazısı ilə bağlıdır:

“Mən qədərə, qismətə inanıram. Çox vaxt deyirlər ki, guya qismət insanın öz əlindədir, Allah insana ağıl verib. Amma axı Allah hamıya eyni dərəcədə ağıl verməyib. Alnıma nə yazılıbsa, o da mənim qəbulumdur. Yaşadıqlarım, acılarım, kədərlərim — hamısı mənimdir və mənim üçün əzizdir.”

İsgəndərli qeyd edib ki, yaşadığı bütün çətinliklərə baxmayaraq, onları həyatı və təcrübəsinin bir hissəsi kimi qəbul edir.


Sizin reklam burada
Sizin reklam burada