Almaniya təhlükəsizlik zəmanətləri çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün maliyyə, silah təchizatı və təlimi artırmağa hazırdır.
News365.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius "istəklilər koalisiyası"nın videokonfransının yekunları üzrə məlumat verib.
Berlinin mümkün hərbi missiyada iştirakı ilə bağlı qərar çərçivə şərtləri dəqiqləşdirildikdən sonra veriləcək.
Xatırladaq ki, "istəklilər koalisiyası"nın iclasının sonunda iştirakçılar ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib, koalisiyanın işinin gedişatını müzakirə edib və ABŞ-nin Ukraynaya dəstək və təhlükəsizlik təminatlarının hazırlanmasına bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu bildiriblər.