Allahşükür Paşazadənin ABŞ səfəri davam edir- FOTOLAR + VİDEO
Dünya
15:27
Şeyxülislam A.Paşazadə Yutada ali dini tədbirdə iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.
QMİ sədri A.Paşazadənin Konfransa Müraciəti yayılıb. Müraciətdə qeyd edilib ki, Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir. Qarşılıqlı səfərlər, birgə tədbirlər, təşəbbüskarı olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir, xalqlarımızın mənafeyinə xidmət edir. İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olub.
Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada ən güclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazi bütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habelə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndiririk.