Alimlərdən ciddi xəbərdarlıq: İsti çay və qəhvə mədə xərçənginə yol aça bilər

Alimlərdən ciddi xəbərdarlıq: İsti çay və qəhvə mədə xərçənginə yol aça bilər
16:54

Alimlər çay və qəhvənin həddindən artıq isti halda qəbulunun mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıblar.

News365.az xəbər verir ki, bu nəticə Çinin Paytaxt Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılan genişmiqyaslı araşdırma zamanı üzə çıxıb. Tədqiqatın nəticələri nüfuzlu “Food & Function” elmi jurnalında dərc olunub.

Araşdırma UK Biobank layihəsinin məlumatları əsasında aparılıb. Təxminən 328 mindən çox insanın sağlamlıq vəziyyəti 12 ilə yaxın müddətdə izlənilib. Bu müddət ərzində iştirakçıların gündəlik çay və qəhvə qəbulu, həmçinin içkilərin temperaturu diqqətlə təhlil edilib.

Məlum olub ki, gündə 8–9 fincandan çox çox isti içki qəbul edən şəxslərdə mədə xərçəngi riski 54 faiz daha yüksəkdir. Çox isti içkiləri daimi vərdiş halına gətirən insanlarda isə bu risk iki dəfədən də artıq artır.

Alimlərin sözlərinə görə, yaş, həyat tərzi, siqaret istifadəsi kimi amillər nəzərə alındıqdan sonra belə nəticələr dəyişməz qalıb. Riskin əsas səbəbi kimi mədə selikli qişasının uzun müddət yüksək temperaturun təsiri altında qalaraq zədələnməsi göstərilir.

Tədqiqatçılar mədə xərçəngi riskini azaltmaq üçün çay və qəhvəni dərhal deyil, bir qədər soyuduqdan sonra içməyi tövsiyə edirlər.


Sizin reklam burada
Sizin reklam burada