Pakistanın şimal-qərbində terror aktı: polis itkiləri var

Pakistanın şimal-qərbində terror aktı: polis itkiləri var
15:49

Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində silahlı hücum baş verib. Nəticədə azı beş polis əməkdaşı həyatını itirib.


News365.az-ın məlumatına görə, bu barədə yerli “The Express Tribune” nəşri xəbər yayıb. Bildirilib ki, polis əməkdaşlarını daşıyan avtomobil Qaraqri Banda ərazisində terrorçu qrupun hücumuna məruz qalıb. Hücum pusqu şəklində təşkil olunub.


Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri əraziyə cəlb edilib, rayon tam nəzarətə götürülüb və terrorçuların zərərsizləşdirilməsi məqsədilə antiterror əməliyyatı başlanıb.


Pakistanın Baş naziri Şahbaz Şərif baş verən hücumu kəskin şəkildə pisləyərək həlak olan polis əməkdaşlarının ailələrinə dərin hüznlə başsağlığı verib və günahkarların məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada