Rusiya təyyarə məsələsində konkret addım atmayıb: Məsul şəxslər cəzalandırılmalıdır

Rusiya təyyarə məsələsində konkret addım atmayıb: Məsul şəxslər cəzalandırılmalıdır
17:06

Azərbaycan və Rusiya arasında təyyarə məsələsi diplomatik gündəmin həlledici mövzularından biri olaraq qalır. Mövzu yalnız hüquqi baxımdan deyil, həm də iki ölkə arasında etimad və münasibətlərin normallaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə rəsmi görüşlərdə və beynəlxalq platformalarda gündəmə gətirilən bu məsələ, Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoyur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanın təyyarəsi ilə bağlı məsələ dəfələrlə həm Rusiya rəsmilərinin diqqətinə çatdırılıb.


Deputat qeyd edib ki, Azərbaycanın tələb və mövqeyi beynəlxalq hüquqa əsaslanır və təyyarənin vurulması tam təsbit olunub.

"Məsələnin araşdırılması və Rusiya tərəfindən kompensasiya və üzr tələb olunur: “Biz dəfələrlə Rusiya tərəfinin məsələnin mahiyyətindən yayınmağa çalışdığını gördük. Hətta əvvəlki dövrdə bu, Rusiya tərəfindən düzgün araşdırılmayıb, lakin ortada faktlar var.”

Deputat xatırladıb ki, məsələ diplomatik və rəsmi görüşlərdə, o cümlədən Tacikistanın Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçılarının sammitində Rusiya Prezidenti ilə görüş zamanı müzakirə edilib. O qeyd edib ki, Azərbaycan tərəfi kompensasiya və üzr məsələsinin həllini tələb edir, məsul şəxslərin cəzalandırılmasını gözləyir, lakin indiyə qədər Rusiya tərəfindən konkret addım atılmayıb.

Ceyhun Məmmədov əlavə edib ki, bu məsələ Azərbaycan-Rusiya münasibətlərinin normallaşması üçün əsas şərtlərdən biridir və Azərbaycan prinsipial mövqeyini davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada