“Rusiyadan qatarların Azərbaycan ərazisi vasitəsilə Ermənistana gəlməsi həqiqətən də tarixi hadisədir”.
News365.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
O, Putinə Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının bərpasının vacibliyindən danışdı
“Artıq qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”, – deyə Paşinyan bildirib.
O, həmçinin Ermənistan ərazisində bəzi digər dəmir yolu sahələrinin bərpası gündəliyinin də formalaşdığını qeyd edib:
“Burada xüsusilə İcevan, Erasx və Axurik hissələrini nəzərdə tuturam. Bu dəmir yolları Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirir. Bu istiqamətdə kifayət qədər fəal siyasi proseslər gedir. Hələlik bu yolların açılması ilə bağlı konkret siyasi qərarlar yoxdur. Lakin hesab edirəm ki, vəziyyət elə bir mərhələyə çatıb ki, artıq hazırlıq işlərinə başlanılmalıdır”, – Ermənistanın baş naziri vurğulayıb.