Son günlər Suriyada baş verən hadisələrdə siyasi manevrlər diqqət çəkir. Türkiyə ilə Suriya arasında əməkdaşlığın genişləndiyi bir vaxtda kürt qüvvələrinin regiondakı rolu yenidən gündəmə gəlib.
Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, son günlər Suriyada baş verən hadisələrdə kürt kartından istifadə edilməsinin əsas səbəbi Türkiyə ilə Suriya arasında əməkdaşlığın genişlənməsidir.
![]()
Əlimusa İbrahimov qeyd edib ki, bir neçə gün əvvəl Türkiyənin hərbi hissələrinin Suriyəyə daxil olması xəbərləri yayıldı. Onun sözlərinə görə, bu addım regiondakı müəyyən qüvvələr tərəfindən narahatlıqla qarşılanıb və əks tədbirlər görmək məqsədini güdürdü.
"Druzlarla bağlı proseslər də Suriyanın daxilində müəyyən istiqamətə yönəldilməyə çalışılıb, lakin nəticələr istənilən səviyyədə olmayıb. Bu səbəbdən kürt kartı gündəmə gətirilib. Əlimusa İbrahimov bildirib ki, kürtlərlə Suriyanın keçid hökuməti arasında imzalanmış müqaviləyə görə, kürt birliklərinin Suriya ordusuna daxil olması və yeni Suriya dövlətinin yaradılmasında iştirak etməsi planlaşdırılıb.
O qeyd edib ki, bəzi qüvvələr kürt kartını həm Türkiyə, həm də Suriyaya təzyiq vasitəsi kimi saxlayıb və bu kart hadisələrin Türkiyə ilə Suriyanın yaxınlaşdığı bir dövrdə istifadə olunub.