Alimlər herpes virusuna qarşı mini-antikorlar hazırlayıb

Alimlər herpes virusuna qarşı mini-antikorlar hazırlayıb
15:36

Alimlər herpes virusunun əsas zülallarından birini hədəf alan yeni mini-antikorlar hazırlayıblar.

News365.az xəbər verir ki, hər il 40 milyondan çox insan herpes virusuna yoluxur. Adətən xəstəlik xoşagəlməz, amma ölümcül olmayan simptomlarla özünü göstərir. Lakin yeni doğulmuş uşaqlar və immuniteti zəif olan şəxslər üçün infeksiya ciddi təhlükə yarada bilər.

Tədqiqatçılar virusun hüceyrələrə daxil olmasına imkan verən qlikoprotein B (gB) üzərində fokuslanıblar. Bu zülal virus membranının hüceyrə membranı ilə birləşməsində əsas rol oynayır.

Hamburq Universiteti, Leibniz Virusologiya İnstitutu, Struktur Sistemlər Biologiyası Mərkəzi və Maks Plank İnstitutundan olan alimlər "gB" zülalını aktiv formada saxlayaraq onun üçölçülü strukturunu krio-elektron mikroskopiya ilə müəyyən ediblər. Daha sonra antikor istehsal edən Maks adlı alpaka nanobodilərə çevrilərək gB-ni effektiv şəkildə bloklayıb.

Laboratoriya sınaqları göstərib ki, nanobodilər virusun hüceyrəyə nüfuz etməsi üçün lazım olan gB formasını dəyişməsinə mane olur. Bu da virusun çoxalmasını və yayılmasını əngəlləyir.

Alimlər bildiriblər ki, nanobodilər həm müalicə, həm də profilaktika məqsədilə istifadə oluna bilər. Xüsusilə hamiləlik dövründə aktiv herpes xəstəliyi olan analar bu üsulla körpələrini doğuş zamanı infeksiyadan qoruya bilərlər.

Tədqiqat qrupu artıq patent ərizəsi verib və klinik dərman hazırlığı üçün tərəfdaş axtarışına başlayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada