Beynəlxalq alimlər qrupu 100 yaşa çatmağımıza hansı sağlamlıq göstəricilərinin kömək edə biləcəyini aşkar ediblər. Tədqiqatlar göstərir ki, yetkinlik dövründə aşağı səviyyədə olan qlükoza, kreatinin və sidik kisəsindəki turşuluq 100 yaşa qədər yaşamaq şansını əhəmiyyətli dərəcədə artırır.
Araşdırmanın nəticələri GeroScience (GS) jurnalında dərc olunub.
Tədqiqat 35 il ərzində həyat tərzi izlənilən 64-99 yaş arası 44.000 isveçli haqqında məlumatları əhatə edib. Məlum siyahıdan 1224 nəfər (təxminən 2,7%) 100 yaşa qədər yaşayıb. Maraqlıdır ki, yüz yaşı olanların əksəriyyəti (85%) qadınlar olub.
Alimlər iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyası, həmçinin qidalanma vəziyyəti, anemiya ilə əlaqəli 12 biomarkerləri təhlil ediblər. Bunların arasında qlükoza, kreatinin, sidik turşusu, ümumi xolesterol və digər göstəricilər olub.
Məlum olub ki, 100 yaşa qədər yaşayan insanlarda 60 yaşından etibarən davamlı olaraq qlükoza, kreatin və sidik turşusu aşağı səviyyədə olub. Üstəlik, yüksək qlükoza (6,5 mmol/l-dən yuxarı) və kreatinin (125 μmol/l-dən yuxarı) artan səviyyəsi ilə yüz il yaşama şansı azalıb.
Tural