"Aİ-nin əksəriyyəti Ukraynada sülh əleyhinə öhdəlik götürüb" -Siyarto

"Aİ-nin əksəriyyəti Ukraynada sülh əleyhinə öhdəlik götürüb" -Siyarto
13:12

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto diqqət çəkən açıqlamalar verib. O, “Raisa Dialogue” politologiya konfransında çıxışı zamanı bildirib ki, Avropa İttifaqı(Aİ) ölkələrinin əksəriyyəti Ukraynada münaqişənin davam etdirilməsinə dair öhdəlik götürüb. 

"Aİ-yə üzv ölkələrin əksəriyyəti və Avropa qurumları, Brüssel, müharibəni davam etdirmək üçün açıq öhdəlik götürdülər",- deyə Syarto bildirib.


O qeyd edib ki, Avropada sülh lehinə olan və vətənpərvər siyasi qüvvələrin mövqeyinin güclənməsi fonunda belə qərarın verilməsinin səbəblərini bilmir. Siyarto həmçinin ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Trampın Rusiya ilə uğurlu danışıqlara sadiqliyi bəzi avropalı siyasətçilərin “bu prosesi pozmaq” istəyindən daha güclü olacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada