“Avropa Komissiyası təxminən 22,1 milyard avro dəyərində ABŞ mallarının geniş çeşidinə 25 faizədək tariflərin tətbiqini nəzərdən keçirir”.
News365.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Mənbə qeyd edir ki, bu, ilk növbədə seçicilərinin daha çox Respublikaçılar partiyasına səs verdiyi ABŞ-ın “qırmızı ştatlarından” olan məhsullara, əsasən də yük maşınlarına, siqaretlərə və dondurmalara şamil ediləcək.
Trans-Atlantik ixracdan ən çox asılı olan sektorlara zərər vurmaq məqsədilə kənd təsərrüfatından soya, ət, tütün məhsulları, sənayedən isə dəmir, polad və alüminium bu siyahıya daxil edilib. Avropa İttifaqı tariflərinin “qırmızı ştatların” ixracatına ümumilikdə 13,5 milyard dollaradək təsir edəcəyi gözlənilir.
Tariflərin təşəbbüskarları ABŞ-a daha çox zərər vurmaq üçün məsələyə qeyri-ənənəvi yanaşma nümayiş etdiriblər.