Ağdamda ağır qəza baş verib

Ağdamda ağır qəza baş verib
22:00

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada