Çinin robort istehsalı ilə məşhur olan Unitree 9 milyard dollar dəyərlə birjaya çıxır.
News365.az xəbər verir ki, Çinin robot texnologiyaları şirkəti Unitree Robotics Şanxay Fond Birjasının STAR Market platformasında ilkin kütləvi səhm təklifinə (IPO) hazırlaşır.
Şirkət IPO çərçivəsində təxminən 900 milyon dollar vəsait cəlb etməyi planlaşdırır. Bu addımdan sonra Unitree-nin bazar dəyərinin təxminən 9 milyard dollar olacağı gözlənilir.