"TikTok"da canlı yayım edən gənc faciəvi şəkildə həyatını itirib.
News365.az xəbər verir ki, hadisə zamanı gənc su çəninə başıüstə daxil olub.
Belə ki, bu zaman çənin daxilində hərəkət etmək üçün kifayət qədər yer olmadığından o, geri dönə bilməyib.
Nəticədə gənc çənin içərisində boğularaq ölüb.
Faciə anları "TikTok"da canlı yayım zamanı lentə alınıb. Hadisənin hansı ölkədə baş verdiyi isə məlum deyil.