Avqust və sentyabrın ucuzluğu bitir: Payızın sonunda bahalaşacaq məhsullar

Avqust və sentyabrın ucuzluğu bitir: Payızın sonunda bahalaşacaq məhsullar
11:00

Mövsüm dəyişdikcə piştaxtalarda qiymətlər necə dəyişəcək?

Havaların soyuması ilə birlikdə bazarlarda və marketlərdə tərəvəz və meyvə qiymətlərində bahalaşma dalğası gözlənilir. Mövsümi amillərin bazara təsiri barədə danışan iqtisadçı Xalid Kərimli  bildirib ki, xüsusilə noyabr ayından başlayaraq kənd təsərrüfatı məhsullarının qiymətində artım qaçılmaz olacaq.

Qiymət artımının əsas səbəbləri nədir?

  1. İstixana xərclərinin artması: Havaların soyuması ilə açıq sahələrdə məhsul yığımı başa çatır və yerli istehsal daha çox istixanalara keçir. İstixana şəraitində yetişdirilən tərəvəzlərin maya dəyəri yüksək olduğu üçün bu, birbaşa son satış qiymətinə təsir edir.

  2. Bayram mövsümü və yüksək tələbat: İlsonu yaxınlaşdıqca və Yeni il bayramı ərəfəsində alıcılıq qabiliyyəti və tələbat artır ki, bu da ənənəvi olaraq qiymətlərin yuxarı qalxmasını tətikləyir.

  3. İdxal xərcləri: Mövsümlə əlaqədar xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının həcmi artsa da, logistika və daşınma xərclərinin yüksək olması ölkə daxilindəki bazarlarda qiymət artımını şərtləndirir.

Ekspertin sözlərinə görə, avqust və sentyabr ayları kənd təsərrüfatı məhsullarının ən ucuz olduğu dövrdür. Lakin payızın sonuna doğru başda istixana tərəvəzləri (pomidor, xiyar və s.), bostan və müəyyən meyvə növləri olmaqla, əksər məhsulların qiymətində nəzərəçarpan artım müşahid olunacaq.


Sizin reklam burada
Sizin reklam burada