Quba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var

Quba polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var
11:32

Qubada 7 kiloqram narkotik vasitə aşkarlanıb.

News365.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd AKM markalı avtomat aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.



Sizin reklam burada
Sizin reklam burada