İsveçrədə həyat yoldaşını öldürən şəxs bu dəfə anasını döyüb.
News365.az xəbər verir ki, Türkiyədə 85 yaşlı qadın oğlu tərəfindən döyülərək ağır yaralanıb.
Məlumata görə, İbrahim Yaprak İsveçrədə həyat yoldaşını boğaraq öldürdüyü üçün 15 il həbs cəzası çəkib.
O, Türkiyəyə qayıtdıqdan sonra 85 yaşlı anası İslim Yaprağı taxta dəyənəklə və yumruqlarla döyüb.
Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilib.
Hadisədən sonra saxlanılan İbrahim Yaprak məhkəmə qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.