Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
News365.az xəbər verir ki, Məmməd Əhmədzadə 1976-cı il oktyabrın 4-də Bakıda anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. Daha sonra diplomatik xidmətə başlayıb və Azərbaycan Xarici İşlər Nazirliyinin müxtəlif strukturlarında çalışıb.
O, 2021-ci ildən Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. 2025-ci ilin yanvarında Niderland Kralı Villem-Aleksandra etimadnaməsini təqdim edib.
Əhmədzadə diplomatik fəaliyyəti dövründə Azərbaycan–Niderland münasibətləri, siyasi və iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycanın Avropadakı mövqeyinin təqdim olunması istiqamətində fəaliyyət göstərib. 2025-ci ildə Niderland mediasına müsahibəsində Azərbaycan–Niderland diplomatik münasibətlərinin 33 illiyindən danışıb və iki ölkə arasında iqtisadi, mədəni və təhsil əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb.