Paşinyan hakimiyyətini növbəti dəfə qorumağı bacarması-seçkidən qalib çıxması Rusiyadakı erməni diasporuna və anti-Paşinyan qüvvələrinə rahatlıq vermir. Buna görə də Paşinyana qarşı mübarizənin yeni mərkəzini formalaşdırmağa çalışılar.
News365.az xəbər verir ki, Rusiya-Ermənistan “Lazarev klubu”nun genişləndirilmiş iclası keçirilib.
İclasda Ermənistandan gəlmiş müxlifət siyasətçilər də iştirak edib. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan, “Ermənistan” blokunun nümayəndəsi Armen Rustamyan, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan və digər siyasilərin də qatıldığı toplantıda Nikol Paşinyan hakimiyyətinə qarşı ağır ittihamlar səsləndirilib və hakimiyyətin dəyişdirilməsi üçün addımlar atılması qərara alınıb, Rusiyadakı erməni oliqarxların, milyarder erməni iş adamlarının bu işdə fəallaşdırılmasının zəruriliyini bəyan edilib.
Bu dəstənin planını reallaşdırması mümkündürmü? Rusiyadan növbəti erməni milyarderi Paşinyanla mübarizəyə qoşub Ermənistanda hakimiyyət dəyişikliyi baş tuta bilərmi?
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, “Lazarev klubu” Vladimir Putin tərəfindən yaradılan qurumlardan biridir. "Həm Ermənistana təsir etmək üçün onları saxlayırlar, həm də lazım olanda anti-Azərbaycan təbliğatını onların əli ilə həyata keçirirlər. Konstantin Zatulinin orada rəhbər olması hər şeyi deyir. Marqarita Simonyan və digərləri də oradadırlar. Ermənistana təsir göstərmək üçün indi də bu qruplaşmanı aktivləşdiriblər. Amma bu qrupun geniş tısir imkanları yoxdur. Ruiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan orada yoxdur. Onu cəlb etməyə çalışırlar. Lakin nəticə olası deyil.
İllər öncə milyarder Ruben Vardanyanı Ermənistanda hakimiyyəti dəyişmək üçün göndərdilər. Plan fiaskoya uğradı. Bu gün Vardanyan Bakıda həbsxanadadır. Növbəti milyarder Samvel Karapetyan kartını işə saldılar. Özü də Karapetyan “Lazarev klubu”nu təsis eləyənlərdən biridir. 7 iyun parlament seçkilərində Samvel Karapetyan projesi də iflas oldu. Növbəti hansısa milyarderi irəli sürsələr belə Ermənistana ciddi təsir imkanları yoxdur. Paşinyanın mövqeyi daha güclüdür”.