Şahbuzda qəza- ÖLƏN VAR

Şahbuzda qəza- ÖLƏN VAR
18:20

Şahbuzda yol qəzası baş verib, ölən var.

News365.az xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib. 

Belə ki, "VAZ 21013" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada