Nazirlər Kabinetinin qərarı ilə ADY-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin
binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
Bu barədə News365.az-a ADY -dən məlumat verilib.
Bildirilib ki, XX əsrin əvvəllərində istifadəyə verilmiş bina dəmir yollarının tarixini yaşadan unikal tikililərdən biridir.
Siyahıya daxil edilməsi ilə bu bina tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
News365.az