"Moskva ilə Kiyev arasında silahlı münaqişə iki ssenaridən biri ilə bitə bilər". Bunu ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol “The Washington Post” qəzetinə müsahibəsində deyib.
"Bu, ya danışıqlarla, ya da Ukraynanın dağılması ilə baş verəcək”, - diplomat bildirib.
Eyni zamanda o, ikinci variantın yeni qarşıdurmanın başlanmasına səbəb olacağına əminliyini ifadə edib.
Makfolun qeyd etdiyi kimi, danışıqlarda daha çox nailiyyət əldə etmək üçün Kiyev Moskvanı “etibarlı şəkildə cilovlamaq” üçün qüvvələr toplamalıdır.
"Bununla belə, Ukraynanı bunun üçün lazım olan resursları yalnız NATO-ya üzv ölkələr təmin edə bilər",- keçmiş səfir vurğulayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural