ABŞ müharibəyə hazırlaşır

ABŞ müharibəyə hazırlaşır
09:10

Birləşmiş Ştatlar narkotik qaçaqmalçılığa ilə məşğul olan terror təşkilatlarına qarşı müharibəyə başlamağa hazırlaşır.

News365.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

O, Meksikaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Karib dənizində narkotik gəmisinin məhv edilməsini şərh edərkən bu barədə danışıb 

“ABŞ narkotik-terror təşkilatlarına qarşı müharibəyə başlayacaq", - dövlət katibi bildirib.

Rubio qeyd edib ki, Vaşinqtonun məlumatına görə, vurulan gəmi ABŞ-a doğru hərəkət edib.

Xatırladaq ki, bir gün əvvəl Marko Rubio ABŞ ordusunun Venesuelanı tərk edən narkotik gəmisinə Karib dənizində “ölümcül zərbə” endirdiyini açıqlayıb. Ağ Ev daha sonra izah edib ki, hərbçilər tərəfindən yayılan görüntülərdə Tre de Aragua qrupundan olan narkotik terrorçularına məxsus motorlu qayıq göstərilir. Hücum nəticəsində 11 nəfər həlak olub.


Sizin reklam burada
Sizin reklam burada