ABŞ-la danışıqlar ikitərəfli olacaq - Uşakov

ABŞ-la danışıqlar ikitərəfli olacaq - Uşakov
17 Fev 2025 20:30

Ər-Riyadda Rusiya və ABŞ arasında danışıqlar ikitərəfli olacaq.


News365.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.


Uşakov Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin də danışıqlara qoşula biləcəyini söyləyib.


Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün Vladimir Putinin tapşırığı ilə ABŞ nümayəndələri ilə Ukraynada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada yollanıblar.


Sizin reklam burada
Sizin reklam burada