Avropa liderləri ABŞ-nin Ukraynaya silah ixracını dayandıracağına inanmırlar. Nə qədər ki, onlar buna görə pul qazanırlar, bu baş verməyəcək. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.
Məqalə müəllifli yazıb: “Avropalılar Tramp administrasiyasının Avropa və ya Ukraynanın pul ödədiyi müddətdə ABŞ-nin silah ixracını dayandıracağına inanmırlar”.
Nəşrin mənbələrinə görə, Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyin indi daha çox onlardan asılı olduğuna inanır.
Bundan əvvəl "Reuters" yazmışdı ki, Ukrayna ABŞ prezidenti Donald Trampın sanksiyaları sərtləşdirməkdən imtina etdiyi üçün gələn həftə Avropa İttifaqından Rusiyaya qarşı “Moskvanın təcrid olunmasına” yönəlmiş yeni irimiqyaslı sanksiyaları nəzərdən keçirməyi xahiş edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural