ABŞ Karib dənizində hərbi mövcudluğunu artırıb

ABŞ Karib dənizində hərbi mövcudluğunu artırıb
04 Sen 2025 20:45

Vaşinqtonun Latın Amerikası kartellərinə qarşı gücləndirdiyi mübarizə və Venesuela ilə münasibətlərin pisləşməsi fonunda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində mövcudluğunu artırıb.

News365.az xəbər verir ki, bu barədə "Newsweek" peyk məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, gəmilərin bölgəyə toplaşmasına avqust ayından başlanılıb. Bundan əvvəl azı 8 gəmi və 1 sualtı qayığın bölgəyə cəlb olunduğu bildirilirdi.

Peyk görüntüləri Panama sahillərində idarə olunan raket sistemi ilə təchiz olunmuş "USS Sampson" esminesi, "USS Gravely" və "USS Jason Dunham" esminesləri və "USS Minneapolis-St. Paul" sahil zonası gəmisini qeydə alıb. Puerto Rikonun cənubunda isə "Iwo Jima" universal desant gəmisi, "USS San Antonio" desant nəqliyyat-doku və "USS Fort Lauderdale" desant-helikopter gəmi-doku yerləşib. Həmçinin "P-8A Poseidon" sualtı gəmi əleyhinə təyyarə və "Boeing C-17 Globemaster III" hərbi nəqliyyat təyyarəsi də görüntülənib.

Eyni zamanda regionda "USS Newport News" çoxfunksiyalı atom sualtı qayığı da var, lakin onun dəqiq yeri məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada