ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi
İsveçrənin Bürgenştok şəhərində keçirilən ABŞ-İran danışıqlarında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması əsas müzakirə mövzularından biri olub.
News365.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqaei tərəflərin boğaz vasitəsilə hərəkət edən gəmilər üçün təhlükəsiz keçid mexanizmi yaradılması barədə razılığa gəldiyini açıqlayıb.
İranın “Tasnim” agentliyinin yaydığı məlumata əsasən, Baqaei bildirib ki, yeni mexanizm regionda dəniz nəqliyyatının təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.
İran rəsmisi əlavə edib ki, Tehran yekun razılaşma üzrə danışıqlara başlamazdan əvvəl bölgədə, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılmasını vacib şərt hesab edir.
O qeyd edib ki, İran tərəfi iştirakçı dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməsinin tərəfdarıdır. Baqaei xüsusilə İsrailin atəşkəs rejiminə ciddi riayət etməsinin önəmini vurğulayıb.
News365.az